Gəncədə qonşular arasındakı dava ölümlə sona yetdi
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
45 yaşlı Anar Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib. Buna baxmayaraq həkimlərin yaralını xilas etmək səyləri nəticə verməyib.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən müəyyən olunub ki, Anar Hüseynov tanışı 28 yaşlı Ramil Musayev tərəfindən bıçaqlanıb. O, hadisə yerindən qaçsa da polis tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. İlkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verən mübahisədə Anar Hüseynov boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, GƏNCƏ
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu