Gəncənin ballistik raket hücumuna məruz qalmasından iki il ötür
Gəncənin ballistik raket hücumuna məruz qalmasından iki il ötür.
Ermənistan 44 günlük vətən müharibəsinin başladığı ilk günlərdən qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, bir sıra şəhərləri, xüsusən Gəncəni bombardman edirdi.
2020-ci il oktyabrın 11-i gecə saatlarından düşmən yenidə ölkənin ikincin böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutdu. Düşmən gecə saatlarında, dinc sakinlər yatdığı vaxt şəhəri növbəti dəfə atəşə məruz qoydu.
Gəncəyə raket düşməmişdən 12 saat əvvəl Ermənistan ordusu humanitar atəşkəsə razılıq vermişdi. Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, mənfur düşmən öz xislətindən əl çəkmədi. Dəhşətli gecədə səhərə qədər xilasedicilərlə bərabər hər kəs dağıntılar altında həyatını itirən insanların cəsədlərini və yaralıları çıxartmağa çalışırdılar.
Dağılan evlərin içində 5 yaşlı balaca Bəxtiyar Heydərli də var idi. Dağıntılar altından çıxarılan zaman balaca qəhrəmanımızın qan içində olan üzündəki gülüş yaddaşlara həkk olundu. O gecə baş verən vəhşiliyin izləri gülüşü ilə sanki düşmənə meydan oxuyan Bəxtiyarın yaddaşından silinməyib.
Vüsal Xəlilovun anası Dürrə Cəfərova da ermənilər Gəncəyə raket atdığı zaman dağıntılar altında qalaraq həlak olub. Həmin vaxt müsahibimiz könüllü olaraq cəbhəyə yollanıb. Elə anasının ölüm xəbərini də döyüş bölgəsində olan zaman eşidib. Vüsal deyir ki, anası ilə sonuncu dəfə oktyabrın 10-da telefonla danışıb.
Ermənilər Gəncəni raket atəşinə tutduğu gecə dağıntılar altından sağ çıxan sakinlər ölən qonşularını axtarıb tapmağa çalışıb. Onlar həmin gecəni belə xatırlayırlar.
Oktyabrın 11-də Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa xeyli sayda yaşayış binasına və obyektə ziyan dəyib. Oktyabrın 4-dən başlayaraq 17-nə qədər 5 dəfə terror aktı törədilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)