"Qalatasaray" və "Beşiktaş" cərimələndi - SƏBƏB
UEFA İntizam Komitəsi Türkiyə klubları “Beşiktaş”la “Qalatasaray”ı cərimələyib.
APA TV Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb adıçəkilən komandaların avrokubok oyunları zamanı azarkeşlərin davranışları olub.
“Ağ-qaralar”ın fanatları Çempionlar Liqasının qrup mərhələsində “Sportinq”lə səfər matçında meydana yad əşyalar atıb və fişəng yandırıblar. Bu, “qara qartal”a 13 min 500 avro ziyana salıb.
Avropa Liqasının qrup mərhələsində “Marsel”lə görüşdə də “sarı-qırmızılar”ın azarkeşləri eyni intizamsızlığa yol verib. Bu səbəbdən “cim-bom”a 11 min 875 avro cərimə kəsilib.
Qeyd edək ki, “Beşiktaş” avrokuboklarda mübarizəni dayandırıb, “Qalatasaray” isə Avropa Liqasında 1/8 final mərhələsinə adlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu