General Ərəblinskinin nəvəsi DƏFN EDİLDİ
Ötən gün Goranboy rayonunda yol qəzasında həlak olan hərbçi doğulduğu torpaqda dəfn olunub. APA TV-nin Şimal-qərb bürosunun məlumatına görə, müddətdən artıq xidmət edən Vahid Maarif oğlu Ərəblinski bu gün doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndində hərbi orkestrin müşayiəti və yaylım atəşi ilə dəfn edilib. Hərbçinin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib. Qeyd edək ki, general Ərəblinskinin nəticəsi olan Vahid Ərəblinski ötən gün Goranboy rayonunun Buzluq kəndi ərazisində idarə etdiyi “Ural” markalı avtomobilin dərəyə aşması nəticəsində həyatını itirib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib