Girov götürülən tələbəmiz Azərbaycana nə vaxt gətiriləcək? - ÖZÜ DANIŞDI

# 15:02
13 aprel 2022

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.

 

APA TV-nin xəbərinə görə,  proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporoje şəhərində həyata keçirilib.

 

Qeyd edək ki, Hüseyn Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.

 

Xatırladaq ki, Neftçala rayon sakini olan Hüseyn Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.

 

Əlibəy Zeynallı, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR