Türkiyə-Ermənistan yaxınlaşması: İrəvandakı narazılar nəyə çalışırlar?

# 18:28
5 iyul 2022

“Ermənistanla sərhədlərin açılması məsələsinə görə Azərbaycanla mütəmadi təmasdayıq. Amma Ermənistan hakimiyyətindəki bəzi güclər sərhədin açılmasında maraqlı deyillər”.

 

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşündə mediaya deyib. O qeyd edib ki, Türkiyə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. Bununla bağlı türkiyəli nazir Azərbaycan və Ermənistan arasında razılaşdırılmış infrastruktur layihələrinin gerçəkləşdirilməsinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edib.

 

Ermənistan təmsilçisi Ruben Rubinyan isə erməni mətbuatına bildirib ki,

münasibətlərin normallaşması prosesi başlayandan bəri ilk dəfədir ki, Ermənistanın Türkiyə ilə dəqiq razılaşmaları var: “Ermənistan və Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılaşmalar yayın sonuna qədər həyata keçirilə bilər.  Ermənis­tan və Türkiyəyə gələn üçüncü ölkə vətəndaşları üçün quru Ermənistan-Türkiyə sərhədini keçmək imkanının açılması ilə bağlı razılağa gəlinib. Belə proseslərdə razılaşmaların icrası çox vacibdir və ilk razılaşmalara gəldikdə, onların vaxtında həyata keçirilməsi daha vacibdir, çünki onların icrası inam yaradacaq, əks halda isə proses pozula bilər.”

 

Erməni politoloq Armen Petrosyan isə iyulun 1-də Viyanada Ruben Rubenyanla Serdar Kalın arasında keçirilən sayca 4-cü görüşdə sərhəd məsələsinin həll edildiyini iddia edib.  

 

Xatırladaq ki, iki ölkənin xüsusi nümayəndələri, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada keçirilib.

 

Fuad Sadıqov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR