Goranboyda dəhşət: evdən 36 yaşlı kişi meyti tapıldı

# 17:10
19 yanvar 2024

Goranboyda dəhşər: evdən 36 yaşlı kişi meyti tapıldı Goranboyda evdən 36 yaşlı kişi meyti aşkarlanıb. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Tural Namazovun meyiti vanna otağında aşkarlanıb. Atası ilə birlikdə yaşayan Tural axşam saatlarında hamama girib. Bir müddət sonra onun oradan cıxmadığını görən atası vanna otağına girəndə oğlunun cəsədini yerdə aşkarlanıb. Yaxınlarının sözlərinə görə Turalın ölümünə vanna otağında olan buxar və ya dəm qazı səbəb ola bilər. Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR