Goranboyun 30 il Novruzu qarşılamayan kəndləri

# 11:44
21 mart 2023

Goranboyun Şəfəq, Qaraçinar, Zeyvə kəndlərinin sakinləri bir araya gələrək təntənəli şəkildə Novruz bayramını qeyd ediblər.

1990-ci ildən Vətən Müharibəsinə qədər bu kəndlərdə Novruz şənliyi keçirilməyib. Kəndlər təmas xəttində yerləşdiyi üçün daimi düşmən gülləsinə tuş gəlib.

2016-cı ilin aprel döyüşlərində də mərmi yağışına tutulublar. Şəfəq, Zeyvə və Qaraçinar kəndlərində fəaliyyət göstərən mədəniyyət evləri adət-ənənəmizin təbliği və yaşadılması istiqamətində xeyli iş görüblər.

Onların sayəsində bu gün qədim adətlərimiz yeni nəsillərə ötürülür. Novruzun gəlişinə ən çox sevinənlər isə yeniyetmələrdir. Kənd sakinləri bu sevinci onlara kimin bəxş etdiyini yaxşı bilir və onları minnətdarlıqla yad edirlər. Kəndin 6 şəhidi var. Onların şəninə 6 səməni cücərdilib, masalarının üzərində isə Azərbaycan və Türkiyənin bayraqları qoşa dayanır. Yumurtalar döyüşdürülüb, oyunlar oynanıb, rəqslər nümayiş olunduqdan sonra şənlik bayram tonqalı ətrafında birlik rəmzi olan yallı ilə sona çatıb. Fuad Nazimoğlu Mehdi Rəşid APA TV Goranboy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR