Göyçay çayı məcrasından çıxdı, bənd dağıldı

# 15:29
26 may 2022

Göyçay çayı məcrasından çıxıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə,  Göyçay və ətraf rayonlara yağan güclü leysan yağışları nəticəsində çayda suyun səviyyəsi ötən gün səhər saatlarından kəskin artıb. Bu gecə təxminən saat 3 radələrində Ucar rayonunun Lək kəndindən keçən hissəsində məcrasından çıxan çay kənd istiqamətində bəndi yarıb.

 

Təhlükənin ciddiliyi nəzərə alınaraq hadisə yerinə Ucar Rayon Suvarma Sistemləri İdarəsinin, Sabirabad və Zərdab rayonunun müvafiq qurumlarının canlı qüvvəsi və onlarla texnikası cəlb olunub. Aparılan tədbirlər nəticəsində bu gün saat 11 radələrində bənd çətinliklə bərpa olunub.

Göyçay çayı Ucar rayonunun Lək və  Xalac, Zərdab rayonunun Alıcanlı kəndindən çökək hissədən keçdiyindən hər an uçqun təhlükəsi var. Bu səbəbdən də  həmin ərazilərdə hazırda bənd-bərkitmə işləri davam etdirilir. Körpülərə yığılıb qalan şillər təmizlənir və çayın sahilinə nəzarət gücləndirilib. Uçqunun qarşısı vaxtında alındığından kənd sakinlərinin əkin sahələrinə və əmlaklarına heç bir ziyan dəyməyib.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR