Göyçay narından hazırlanan nardança - Özündən də dadlıdır
Min bir dərdin dərmanı, meyvələrin şahı olan nardan bir çox məhsullar hazırlanır. Onlardan biri də nardançadır.
Göyçayın əksər evlərində nardan mürəbbə, narşərabı hazırlansa da, nardançanı hər kəs bişirə bilmir. Mallı-Şıxlı kənd sakini Nuriyyə İsmayılova deyir ki, nardançanı hazırlamaq üçün nar gilələri dənələndikdən sonra, təmiz su ilə yuyulub ocaq üzərindəki qaba tökülür. Nardançanı bişirmək üçün əsasən narın “Gülövşə” sortundan istifadə edilir.
Ocağa qoyulan nardança təxminən 30-35 dəqiqə bişirilir.
Narın özü kimi, nardança da bir çox xəstəliklərdə dərman kimi qəbul edilir.
Nardança çayla içilməklə yanaşı, çörəklə, plov və digər yeməklərlə də yeyilir. Satışı kütləvi həyata keçirilməsə də, alıcısı kifayət qədərdir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu