Göyçay sakini bu bacarığı ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir

# 12:28
9 fevral 2023

Göyçay sakini “Ginnesin Rekordlar Kitabı”na düşmək iddiasındadır.

 

Rayonun Çərəkə kəndində yaşayan 47 yaşlı Əfqan Rəhimov üç il vaxt sərf edib 1000 metr uzunluğunda kəndir hörüb. Əfqan kişi deyir ki, ilk vaxtlar ot bağlamalarının ipləri tullantıya çevrilməsin deyə bu işə başlayıb. İndi isə ən uzun kəndiri hörüb “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir.

 

Müsahibimiz deyir ki, kəndiri hörməyə karantin zamanı “evdə qal” kompaniyasına qoşulduğu vaxt başlayıb. O hər gün bir neçə saatını bu işə ayırıb, günlük 10 metr uzunluğunda kəndir hörür.

 

Əfqan Rəhimov bildirib ki, kəndir toxuma nə qədər sadə görünsə də, bir o qədər çətin işdir. Çünki dəqiqlik bu işin əsas şərtidir. Müsahibimiz toxuduğu kəndiri 10000 metrə çatdırmaq niyyətindədir.

 

Müsahibimiz əsas məqsədinin adını faydalı bir işlə kitaba salmaq olduğunu deyir. Onun hazırladığı bu kəndirdən kənd təsərrüfatında bir çox işlərdə də faydalanmaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR