Zəlzələnin fəsadı:Türkiyə Suriyaya doğru sürüşüb

# 18:18
7 fevral 2023

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Doglioni bildirib ki, Türkiyədə baş verən zəlzələ nəticəsində litosfer plitələri 3 metr yerini dəyişib.

Bu barədə o, “Corriere della Sera” qəzetinə məlumat verib. Alimin fikrincə, Ərəb litosfer plitəsi Anadolu litosfer plitəsinə nisbətən cənub-şərqə doğru 3 metr hərəkət edib. Onun sözlərinə görə, bu halda sınmanın ümumi ölçüsü ən azı 150 km idi: SİTAT

“Söhbət Ərəbistan və Anadolu plitəsi arasındakı sərhəd zonasında bir quruluşdan gedir. Hər şey bir neçə on saniyə ərzində baş verib”. SİTATIN SONU

Alim əlavə edib ki, əslində Türkiyə Suriyaya doğru sürüşüb. Afterşoklar seriyasının nə vaxt bitəcəyini proqnozlaşdırmaq isə mümkün deyil.

Qeyd edək ki, fevralın 7-si saat 17-00-a olan məlumata görə, zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 3 559-a, Suriyada isə 1504-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR