Göyçay sakininin evi yandı
Göyçay rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qaraman kəndində qeydə alınıb. Yanğın kənd sakini, 1969-cu il təvəllüdlü Əfəndiyev Şəhriyar Bəxtiyar oğluna məxsus ümumi sahəsi 196 kvadratmetr olan bir mərtəbəli 4 otaqlı evdə baş verib.
Alovun söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Ev tamamilə yanaraq yararsız hala düşüb. Evdə yaşayış olmadığı üçün hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu