Göyçayda ev yandı
Göyçay rayonunda fərdi yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini İsmayılov Ənvər Nuğay oğluna məxsus ümumi sahəsi 336 kv/m olan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 146 kv/m hissəsi yanıb, alovun genişlənməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi