Göyçayda içində heyvanlar olan tövlə yandı
Göyçay rayonunda tövlə heyvanlarla birgə yanıb.
Hadisə bu gün səhər saatlarında rayonun Şahsoltanlı kəndində qeydə alınıb. Kənd sakini Kərmov Laçın Məzlum oğluna məxsus ümumi sahəsi 96 kvadratmetr olan mal-qara tövləsi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı tövlə ilə yanaşı içəridəki inəklər, qoyun, xeyli sayda ev quşu, xeyli ot yanıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu