Göygöldə 43 yaşlı kişi bıçaqlanıb
Göygöldə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini, 43 yaşlı Xəyal Əsgərov bıçaqlanma diaqnozu ilə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabeliyində olan Abbas Səhhət xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə Xəyal Əsgərov tanışı tərəfindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli olan şəxsin tutulması əməliyyat axtarış tədbirləri aparılır. Faktla bağlı araşdırmalar davam etdirilir.
Fuad Nazinoğlu, Elşad Cəfər, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu