Göygöldə kütləvi zəhərlənmə: ARAŞDIRMA BAŞLADI

# 14:49
26 aprel 2022

Göygöldə yarışa hazırlaşan 15 idmançı zəhərlənib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Onlara dərhal tibbi yardım göstərilib və bir müddət sonra vəziyyətləri normallaşıb.

 

Göygöl Rayon Olimpiya İdman Kompleksindən isə bildirildi ki, hazırda uşaqların vəziyyəti normaldır və məşqlər davam etdirilir.

 

Artıq idmançıların güman edilən zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda da araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR