Göygölə qar yağdı, maşınlar yollarda qaldı – APA TV
Qarlı hava şəraiti Göygöl rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb. Havanın şaxtalı olması, yolların buz bağlaması bir sıra fəsadlar törədib. Əsasən üzü Toğanalı istiqamətində hərəkət edən minik maşınların gedişi-gəlişində problemlər yaranıb.
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu qar yağması səbəbindən buz bağlayıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən yolda müvəqqəti tıxac yaranıb.
Avtomobillərin yolda qalmasının səbəblərindən biridə yolların qardan və buzdan təmizlənməməsidir. Göygöl rayonun ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Fuad Nazimoğlu
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu