Bank Of Baku

Güclü külək ağacı aşırdı, qatarların hərəkətində gecikmələr oldu - TOVUZDA

# 17:13
24 may 2020

İki gündür davam edən güclü külək Tovuzda da fəsadlar törədib.

APA TV xəbər verir ki, rayonun əksər yerlərində ağaclar kökündən çıxıb, böyük budaqları sınıb. Bakı-Qazax-Gürcüstan dəmiryolu xəttinin rayon ərazisindən keçən hissəsində, Tovuz stansiyasının qarşısında böyük “Qovaq” ağacı kökündən sınıb və dəmiryolunu bir müddət bağlayıb. Nəticədə qatarların hərəkətində müvvəqəti gecikmələr yaranıb. Əksər ərazilərdə elektrik naqillərinin sıradan çıxmasına görə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.

Dəmiryol Qapalı Səhmdar Cəmiyyətinin Tovuz rayon şöbəsinin əməkdaşları tərəfindən ağac kəsilib, naqillər müvəqqəti bərkidilib. Qısa müddət ərzində hər iki yolda hərəkət bərpa edilib. Qırılan ağaclar dəmiryolunun üzərindən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR