Güclü külək Bakıda 2 məktəbin dam örtüyünü uçurub
Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA TV-yə verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb.
Xəsarət alan yoxdur.
İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.
İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.
Qeyd edək ki, paytaxtda müşahidə olunan güclü külək 319 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü də uçurub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri