Güclü sel səbəbindən Lahıc qəsəbəsinin İsmayıllı rayonu ilə əlaqəsi kəsilib

# 21:00
31 may 2023

 Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. Axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda fəsadlar törədib. Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb. Bundan əlavə, rayonun elektrik və qaz təchizatına ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Fərdi evlərə, taxıl və bostan sahələrinə zərər dəyib. Hazırda Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR