Güclü yağış Göygöldə dəmiryolu xəttinə ziyan vurub
Ötən gecə Göygöl rayonuna yağan yağış fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, güclü yağışın yağması nəticəsində Qızılca dəmiryolu stansiyasına ziyan dəyib.
Nəticədə dəmiryolunun reysləri sıradan çıxıb. Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Həmçinin güclü yağış yağması zamanı rayonun Danyeri və Qızılca kəndlərində avtomobil yoluna iri qaya parçaları tökülüb. Burda da avtomobil yolu qaya parçalarından təmizlənib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib