Gürcüstanda azərbaycanlı qadının meyiti tapılıb
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda 23 yaşlı qızın meyiti su kanalından tapılıb.
APA Tv-nin verdiyi xəbər verir ki, hadisə ötən gecə rayonun Çurtavi (Kolagir) kəndində baş verib.
Məlumata görə 1 ay öncə ailə həyatı qurmuş qadın ötən gün səhər saatlarından evdən çıxıb və geri qayıtmayıb.
Ailə üzvlərinin axtarışları zamanı gənc qadın meyiti kənddəki su kanalından tapılıb.
Yaxınları hadisənin intihar ola biləcəyini qeyd ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin araşdırıldığını açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu