Hacıqabulda avtomobil aşdı, bir ailənin 6 üzvü xəsarət aldı – APA
Kürdəmirdən Bakıya gələn ailə Hacıqabul rayonunda avtomobil qəzasına düşüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə “Wolsvagen Passat” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.
Avtomobildə olan 8 nəfərdən biri azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına çatdırılıb. Yüngül xəsarət alan sürücü və digər sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi