Hacıqabulda gənc özünü niyə güllələdi?
Hacıqabul sakini özünü güllə ilə vurub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun İkinci Udulu ərazi vahidinin Tağlı kəndində qeydə alınıb.
Kənd sakini, 24 yaşlı Mərhəmət Abbasov özünü ov tüfəngi ilə ürək nahiyəsindən güllələyib. Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılan yaralı əməliyyata götürülsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, müharibə veteranı olan Mərhəmət Abbasov öz əmisi nəvəsinə nişanlı olub. 20 gün əvvəl isə nişan izdivacı pozulub. Onun özünə qəsd etməsinin isə dəqiq səbəbi bilinmir.
Faktla bağlı Hacıqabul prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu