Hacıqabulda sel suları avtomobil körpüsünü uçurdu
Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Pirsaat çayının rayonun Udulu qəsəbəsindən keçən hissəsində çay mecrasından çıxıb. Nəticədə qəsəbədə yerləşən 7 kəndin bir-biri ilə əlaqəsini kəsib. Qeyd edək ki, ərazidə Azərbaycan avtomobil yolları dövlət agentliyi tərəfindən yol infrastrukturunun yenidən qurulması, çay üzərindən körpülərin inşası və digər işlər görülür. Tikinti işlərinin aparıldığı yeni körpünün ətrafında müvəqqəti körpü sel sularına qərq olduğundan müvəqqəti keçid sıradan çıxıb. Nəticədə avtomobillərin hərəkətində çətinlik yaranıb.
Hazırda ərazidə intensiv yağışlar davam edir. Bu da problemin aradan qaldırılmasında əlavə çətinliklər yaradır.
Əlibəy Zeynallı
Elçin Həsənov
APA TV
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?