Naxçıvanda gülünc təndir qadağası: Atmosferi korlayırsınız

# 13:11
21 yanvar 2023

Təsəvvür edin ki, sizin çörək ağacınız, obyektiniz sökülür və bunu sizə yaşadığınız ərazidəki abadlıq işlərinin bir hissəsi kimi izah edirlər. Bəli, Naxçıvan sakinləri təndirlərin sökülməsi, onlara qoyulan qadağalar barədə belə danışırlar.

 

Sədərək rayon sakini Mehparə Hüseynova deyir ki, ailə təsərrüfatçısı olmasına baxmayaraq, təndirdə çörək bişirməsinə icazə verilməyib. Sakinlər deyir ki, səbəbini soruşanda nə qədər qəribə səslənsə də “atmosferi korlanması” kimi izah edilib. 

İllər keçsə də, təndir bu gün də məişətimizin ayrılmaz hissəsi hesab olunur. İndi kəndlərimizdə yaşayan ailələr artıq rahat şəkildə ənənələrimizi yaşadırlar.

 

Sakinlər bildirir ki, təndirlərin kütləvi şəkildə söküntüsü onların qarşılaşdıqları tək absurd qadağa olmayıb. Onların sözlərinə görə, yol kənarlarında və sakinlərin həyətyanı sahələrindən kənarda olan bütün tövlələr də sökülüb. Bundan başqa isə kəndlərdə olan bütün kiçik mağazaları da söküb, fəaliyyətlərinə icazə verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR