Hacıyevin mənimsədiyi fantastik məbləğ - İŞÇİLƏRİ DANIŞIR

# 13:20
7 fevral 2022

Həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin mənimsədiyi pulların bir hissəsinin miqdarı bəlli olub.

 

APA TV “Kriminalqafqaz”a istinadən xəbər verir ki, İcra Hakimiyyətinin hüquqşünası və rayonun baş memarının  vasitəsilə ibtidai istintaqa verdiyi ifadələr məhkəmədə elan olunub. Onlar sabiq başçının göstərişi ilə pullar aldıqlarını etiraf ediblər.

 

Qurumun Hüquq şöbəsinin müdiri Rahib Zahidov Vilyam Hacıyevin təkidi ilə 22 epizod üzrə müxtəlif vətəndaşlardan ümumilikdə 340 min manat rüşvət aldığını deyib.

 

Rayonun baş memarı Nazim Rəsulov isə sabiq başçının göstərişi ilə sahibkarlar və digər şəxslərdən 17 epizod üzrə ümumilikdə 36 min manata yaxın manat pul aldığını deyib. Bundan başqa baş memar İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi üçün ayrılan 4 milyon manat pulun da təyinatı üzrə istifadə olunmadığını açıqlayıb.

 

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR