Hames Rodrigesin yeni klubu rəsmiləşdi
“Everton”un futbolçusu Hames Rodrigesin yeni klubu, nəhayət ki, müəyyənləşib.
APA TV xəbər verir ki, Kolumbiya millisinin yarımmüdafiəçisi Avropanı tərk edib.
Ulduz futbolçu bundan sonra Qətər təmsilçisi “Əl-Rəyyan”ın formasını geyinəcək. Qətər klubu 30 yaşlı pleymeykeri heyətinə qatdığını rəsmi saytı vasitəsilə bəyan edib.
Qeyd edək ki, Hames Rodriges “Everton”a ötən il “Real”dan keçib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu