Hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək - PROQNOZ
Martın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz görə, martın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri