Qanunsuz ov edən iki nəfər saxlanıldı

# 13:15
14 yanvar 2023

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muradbəyli kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla onların Sabirabad rayon sakini Rail Mustafayev və Masallı rayon sakini Fuad Əhədov olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış 2 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR