Hədəf ali məktəbə qəbul sayını artırmaq, çıxış qapılarını daraltmaqdır
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək. Konfransın açılışında Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, qarşıdakı hədəf ali təhsil müəssisələrinə qəbul olanların sayını artırmaq və keyfiyyət baxımından çıxış qapılarını bir qədər daraltmaqdır. Bu səbəbdən ali təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilir. Nazir vurğulayıb ki, ümumtəhsil müəssisələrində müəllimlərin differensiallaşmış əməkhaqqı sistemi tətbiq olunur. Ali təhsildə də differensiallaşmış yanaşma vacibdir. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib ki, Heydər Əliyev siyasəti Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirib. İyunun 25-dək davam edəcək konfrans öz işini onlayn formatda müzakirələrlə davam etdirəcək. AYGÜN CARÇIYEVA, HƏZRƏT BAYRAMLI, APA TV
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib