Həm musiqiçi, həm idmançı, həm rəssam...
60 yaşlı Şirvan sakini ürəyindəki həyat eşqi və bacarıqları ilə onu tanıyanları heyran edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Nazim Cəfərov həm idmançı, həm rəssam, həm də musiqiçidir. Əsasən yağlı boya ilə işləyən müsahibimiz deyir ki, 50 ildən çoxdur rəsm çəkməklə məşğuldur.
Portret, mənzərə və natürmort janrında işləməyi sevir.
Rəssamlıqla yanaşı musiqiyə də böyük marağı olan həmsöhbətimiz deyir ki, bu onun üçün adi bir vərdiş deyil. O deyir ki, musiqi təkcə zövq oxşamaq üçün deyil, o həm də yaratdığı rəsm əsərlərinin ruhuna sirayət edir.
Nazim Cəfərov yaşının çox olmasına baxmayaraq fiziki cəhətdən şux qalmasını bu yaşa kimi idmanla məşğul olmaqda görür. O deyir ki, idman antivirusdur, yaşamaq üçün motivasiyadır.
Müsahibimiz deyir ki, rəsm çəkmək həm hobbi, həm də gəlir mənbəyidir. İllər ərzində həm öz kolleksiyası üçün və həm də sifarişlər əsasında əsərlər yaradıb.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi