Bakıda inşaat materialları mağazasında yanğın olub
Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-dən APA TV-yə verilən xəbərə görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Xəzər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının inşaat materiallarının satışı mağazasında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın giriş qapısı və içərisində 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
Mağazanın böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu