Hər gün “Azərişıq”ın 200 əməkdaşı peyvəndlənəcək

# 15:14
6 aprel 2021

Bu gündən etibarən "Azərişıq" ASC əməkdaşlarının vaksinasiyasına başlanılıb.

 

APA TV xəbər verir ki, ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-ə yazın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub: "Daim əməkdaşlarının təhlükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişiq" pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib. Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik".

 

TƏBİB nümayəndəsi Günəş Nəbiyeva isə hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulacağını bildirib: “Bizim işimiz yaxınlaşan vətəndaşları konsultasiya, müayinə etməkdir. Yanaşı patologiyası varsa, göndərmirik. Yoxdursa, peyvənd olunurlar. Könüllülük prinsipi əsasındadır”.

 

Qeyd edək ki, hər gün üçün təxminən 200 nəfər “Azərişıq” əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur.

 

Mir Çingiz Ağazadə,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR