Hər il on minlərlə insan bu səbəbdən həyatını itirir
Quduzluq ağır infeksion xəstəlikdir. Bu xəstəlik insana quduz it, pişik və bəzi digər heyvanlardan keçə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 59 mindən çox insan quduzluqdan dünyasını dəyişir. Ölkəmizdə də quduzluğa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı az deyil. Baytar Surxay Quluzadə deyir ki, quduzluq xəstəliyinin törədicisi “neyroiktes rabid” virusudur. O bildirir ki, quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı bir neçə mərhələdən ibarət olur. İnfeksionist Səxavət Xəlillinin sözlərinə görə, virus quduz heyvanın dişləməsi və ya ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində orqanizmə düşə bilər. Xəstəlik özünü bir neçə əlamətlə büruzə verir. Səxavət Xəlilli qeyd edir ki, vaxtında müdaxilə edilmədiyinə görə xəstəlik əksər hallarda ölümlə nəticələnir. Ən vacib məqamlardan biri isə ilk müdaxilədir. Beləliklə, heyvanlara qayğı ilə davranmaqla yanaşı, faciəvi hadisələrin baş verməməsi üçün, ehtiyatı da əldən vermək olmaz. Orxan Aslan APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu