Sabiq Milli Qəhrəmanı bıçaqladı, hakim ən sərt cəzanı verdi

# 16:07
30 dekabr 2022

Sabiq Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlamaqda təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xaliq Məmmədov verilmiş ittihamla təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib.

O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Goranboy rayonunda baş verib. Sabiq Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlunu bıçaqlayan Məmmədov Xaliq Füzuli oğlu tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR