Hərbi əməliyyatlar zamanı əsir düşən erməni silahlılarından birinin din xadimi olduğu məlum olub
Ermənistan din xadimlərini də Azərbaycana qarşı döyüşlərə göndərir.
APA TV-nin məlumatına görə, hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.
Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Araratoviç Sahakyan din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq, silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir.
Hovsep Sahakyan “Youtube” və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik