Hərbi komissar döyüldü, onurğa sümüyü sındı
Ermənistanın Tavuş rayonunun hərbi komissarı Lernik Ohanyan döyülüb, onurğa sümüyü sınıb.
APA məlumat yayıb ki, bu barədə yerli “Aravot” nəşri yazıb.
Nəşr bildirib ki, bu yaxınlarda Berddəki yanacaqdoldurma məntəqələrindən birinin ərazisində Ohanyanla iki yerli sakin arasında insident baş verib.
Dava zamanı Ohanyan ağır xəsarət alıb. Xəsarət alan hərbi komissar əməliyyat olunub, hazırda xəstəxanadadır.
Faktla bağlı cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu