Hesablama Palatası Naxçıvanda yoxlamalara hazırlaşır - RƏSMİ AÇIQLAMA

# 18:19
17 yanvar 2023

Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yoxlama aparacaq. Bunu jurnalistlərə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, cari ildə plana uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nəzarət tədbiri nəzərdə tutulub. Palata sədri həmçinin  bildirib ki, 2022-ci ildə azad olunan ərazilərdə 4 layihə üzrə nəzarət tədbirləri aparılıb.Hazırda nəzarət tədbirlərin yekunlaşmaq üzrədir. Bundan başqa, sədr qeyd edib ki, Palatanın Naxçıvan Muxtar Respublikasında yoxlamalar aparması da planlaşdırılır.

Vüqar Gülməmmədov onu da əlavə  edib ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin iş planına uyğun olaraq cari ilin fevral ayının 1-dən nəzarət tədbirləri aparılmasına başlanacaq.Nəzarət tədbirlərinin iş planına salınması 5 əsas prinsip üzərində qurulub.

Plata sədri onu da qeyd edib ki, bu il ərzində təqribən 45 yeni nəzarət tədbirləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR