Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatına yekun vurulub
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatı keçirilib.
Çempionat Fövqəladə Hallar Nazirliyi işçilərinin, Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.
Tədbirin açılışında çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev bildirib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır:
Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin komandasına qalib gələrək çempionatın qalibi olub.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim olunub.
ORXAN ASLAN
KAMRAN NAMAZOV
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu