Həyətində qanunsuz kömür quyuları tapdılar
Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olunub. Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Məmmədağalı və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Dilarə Zamanova, Sahil və Turxan Hüseynovlar, eləcə də Tural Məsimbəyli olduqları müəyyən edilib. Onların barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi