Himnimizi təhrif edib söyüşlə oxudu, sonra da üzr istədi
“TikToker” kimi tanınan Ləman Vəliyeva himnimizi təhrif edərək söyüşlə oxuyub.
"TikTok"da canlı yayım açan Ləman Azərbaycan himninin sözlərini dəyişib və ona şərh yazan izləyicilərindən birini himni oxuya-oxuya təhqir edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, o polis bölməsinə dəvət olunub: "Vətəndaş Ləman Vəliyeva müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. O, bu əməlindən səmimi peşmanlığını ifadə edərək üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".
Həmin görüntüləri təqdim edirik.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu