Bütün "MilliÖN" köşklərində "BakıKart"ın balansını artırmaq mümkün olacaq

# 17:42
29 aprel 2021

- Çox vaxt işləmir, pulu qəbul etmir, bəzi vaxt qəpikləri, xırda pulları qəbul eləmir, amma kağız pulları qəbul edir. Gəlmisən, avtobusa minmək istəyirsən,  kartı doldura bilmirsən.

 

- Yasamalda, 20 Yanvarda da belədir. Kartı doldurmaq üçün  gərək  metroya girəsən. Təzə manatı götürmür, geri qaytarır, qəpikləri udur.

 

- İnşaatçılar metrosunun yanında, Günəş petrolun yanında demək olar ki, işləmir. Manatı atıram udur, karta yüklənmir. Razı deyiləm bundan. Yaşlı adamam, kartı doldurmaq istəyəndə metroya düşüb doldururam. Əgər bizim dayanacaqda kart doldurmaq istəsəm alınmır, qalıram ona buna yalvara- yalvara.

 

Gördüyünüz kimi, “BakıKartın” balansını artırmaq heç də həmişə asan başa gəlmir. Vətəndaşların nəqliyyat kartının balansını daha asan artıra bilməsi üçün yeni tətbiqə başlanıb. Bu tətbiq sayəsində bütün “MilliÖN” aparatlarında “BakıKart”ın balansını artırmaq mümkün olacaq.

 

“MilliÖN” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva deyir ki, vətəndaşlar təkcə dayanacaqlardakı “MilliÖN” aparatlarında deyil, mağaza şəbəkələrindəki terminallarda da “BakıKart”ın balansını doldura biləcəklər: “Hazırda “MilliÖN” kartomatlarında sayı 150-dən çox olan terminalda da “BakıKart” ödənişi mümkündür. Əhalinin tələbatını nəzərə alaraq biz bu ödəmənin mövcud olan bütün “MilliÖN” terminallarında tətbiqi üzərində çalışırıq. Yalnız dayanacaqlarda olan “MilliÖn” kartomatlarında deyil, Bakı ərazisi üzrə olan bütün terminallarda “BakıKart” üzrə ödəniş etmək mümkün olacaq. Üstünlüyü ondan ibarətdir ki, məhdudiyyət olmayacaq”.

 

Qeyd edək ki, “BakıKart” ödəniş kartlarının balansının nağdsız üsulla artırılması üzrə işlər də davam etdirilir.

 

Fatma Zahidqızı,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR