İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdamda “İmarət” kompleksində olub
Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində “İmarət” kompleksində olublar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, daimi nümayəndələr komplekslə tanış olub, ermənilərin burada törətdiyi dağıntıları öz gözləri ilə görüblər.
Qonaqlara məlumat verilib ki, Qarabağ xanlığının banisi, Şuşa şəhərinin qurucusu Pənahəli xan və digər Qarabağ xanları, habelə xan qızı Xurşidbanu Natəvan burada dəfn olunub. Bildirilib ki, ermənilər işğal müddətində “İmarət”də yerləşən məzarları, türbələri dağıdıb, ərazidə yerləşən tarixi abidələri oğurlayıb.
Daimi nümayəndələr erməni vandalizmi barədə ətraflı məlumatlandırılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu