BMT-dəki diplomatlar zalı niyə tərk etdi? / Rusiya-Ukrayna savaşı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin Silahsızlanma üzrə Konfransında videomüraciəti zamanı Avropa İttifaqı (Aİ) və digər ölkələrin nümayəndələri iclas zalını kütləvi şəkildə tərk edib.
APA-nın CNN-ə istinadən xəbərinə görə, Fransa nümayəndə heyətinin paylaşdığı videoda onlarla rəsminin Lavrovun müraciəti başlayan zaman zalı tərk etdiyi görüntülər əks olunur.
“Bu səhər Aİ və tərəfdaşlarının nazir Lavrovun Silahsızlanma üzrə Konfransda bəyanatı zamanı zalı tərk etməsi bizim Ukraynaya dəstəyimizi göstərir”, - Fransa nümayəndələrinin “Twitter” paylaşımında bildirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu