İsmayıllı sakini dəm qazından boğulub öldü
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhər sakini, 1966-cı il təvəllüdlü Arzuman Əhmədov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.
Ailə üzvləri hadisədən gec xəbər tutub. Həkimlərin səyinə baxmayaraq, Arzuman Əhmədov dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU