"Son zəng" necə keçiriləcək? – NAZİR AÇIQLADI
Məktəblərdə "Son zəng" tədbirinin hansı qaydada keçirilməsi məsələsinə aydınlıq gətirilib.
APA TV xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəvi qaydaya yaxın formatda keçirilə bilər.
“Bu haqda danışmaq hələ tezdir. Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var. Ümumiyyətlə, bu tip qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir”, - nazir qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib