İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil edildiyi müəyyən edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, həmin obyektə baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar olunub.
Polis əməkdaşları tərəfindən həmin şənliyin keçirilməsinin qarşısı alınıb, orada iştirak edənlər və icarədar Vasif Cəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Karantin qaydalarını pozan Vasif Cəbiyevə ciddi xəbərdarlıq olunub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik