İdarəetməni itirən sürücü qəza törətdi: Ölənlər var
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Ağaməmmədli kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini 1986-cı il təvəllüdlü Xanlar Bayramov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan it ilə tülkünü vurub. Bundan sonra sürücü idarəetməni itirərək maşını aşırıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin İmişli rayon sakini, 1974-cü il təvəllüdlü Fariz Bayramov xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib